• şənbə, 27 Aprel, 01:37
  • Baku Bakı 14°C

Siyavuş Novruzov: “AŞPA-nın Türkiyə ilə bağlı qərarı gözlənilən idi”

02.05.17 13:50 655
Siyavuş Novruzov: “AŞPA-nın Türkiyə ilə bağlı qərarı gözlənilən idi”
"Avropa ŞurasıParlament Assambleyasının Türkiyəni post-monitorinqdən monitorinq mövqeyinə keçirməsi ilə bağlı qərarı gözlənilən idi”.
APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputatSiyavuş NovruzovMilli Məclisin bu gün keçirilən iclasında deyib. O, Avropanın Azərbaycana və Türkiyəyə qarşı dəfələrlə ədalətsiz mövqe sərgilədiyini xatırladaraq, deyib ki, bu, eyni missiyanın davamıdır: "Avropa Türkiyənin daxili işlərinə qarışır. Yersiz müzakirələr aparır. Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum ədalətli keçirilib, amma Avropa nədənsə məmnun deyil. Nəticələr 86-90 faiz olanda deyirlər ki, faiz çoxdur. 51 faiz olanda da deyirlər, azdır. Bu cür yanaşma ilə Avropa strukturları hara gedir? Türkiyədə ədalətli səsvermənin nəticəsi idi ki, əhalinin 48 faizi əleyhinə səs vermişdi. Avropada məktəbdə bir terror oldu, açığı bilinmədi bunu özləri edib yoxsa həqiqətən terror təşkilatı edib, dərhal hay küy saldılar. Amma Türkiyədə baş verənlərlə bağlı səsləri çıxmır”.
banner

Oxşar Xəbərlər