• cümə axşamı, 28 mart, 22:57
  • Baku Bakı 13°C

Siyavuş Novruzov: "Artıq dövlət strukturları ləğv olunmalı, oxşarları birləşdirilməlidir"

07.12.16 15:31 1191
Siyavuş Novruzov: "Artıq dövlət strukturları ləğv olunmalı, oxşarları birləşdirilməlidir"
"Aztəminatlı ailələr nəzərə alınmalı və onlara ayrılan vəsait azaldılmamalıdır. Bura şəhid ailələri, müharibə veteranları da daxildir. Büdcədə sosial sahəyə ayrılan vəsaitin dəyişməməsi çox yaxşı haldır. Sosial sahə ilə bağlı gedən proseslər davamlı şəkildə həyata keçirilir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisinin bu gün keçirilən növbəti plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkiliSiyavuş Novruzovdeyib.
Onun sözlərinə görə, 2017-ci ilin büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb: "Büdcə layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunub”.
2016-cı ildə Milli Məclisin qəbul etdiyi qanun və dəyişikliklərin iqtisadiyyatın inkişafına, vergi, maliyyə- kredit sisteminin formalaşmasına və sosial sahələrə həsr olunduğunu deyən S. Novruzov bildirib ki, bu müddət ərzində qəbul olunan qanunlar nəticəsində Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək.
Bununla belə millət vəkili vurğulayıb ki, digər sahələrdə islahatlar aparılmalıdır: "İlk növbədə kiçik və orta sahibkarlığa yaşıl işıq yandırılmalı, bəzi hallarda kiçik sahibkarlar vergidən azad edilməli, orta sahibkarlıq üçün isə vergi dərəcələri aşağı salınmalıdır. Bu, növbəti il üçün yeni gəlirlərin əldə olunmasına imkan yarada bilər”.
S. Novruzov əlavə edib ki, Azərbaycan neft strategiyasından ən uğurlu istifadə edən ölkələrdən biri olub: "Neftin qiyməti baha olan zaman bir qrup insan hesab edirdi ki, neft gələcək nəsillərə, bir qismi isə düşünürdü ki, Dövlət Neft Fonduna yığılmalıdır. Lakin Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi ilə neft strategiyasını düzgün həyata keçirərək, sosial sahəyə diqqət ayırdı, nəticə etibarı ilə ölkədə 3 mindən artıq məktəb, 600 xəstəxana və diaqnostika mərkəzi, 100-ə yaxın idman obyekti tikildi, yollar, körpülər salındı. Burada oturan insanlar həmişə bunu uğurlu siyasət kimi tərif edirdilər, lakin indi görürəm ki, bəziləri tənqidə keçiblər. Məsələn, həmkarlarımızdan biri 7 il öncə olan məsələni araşdıraraq idman obyektləri və tədbirləri ilə bağlı fikirlər səsləndirməyə başlayıb. İdman Azərbaycanın təbliğidir. Olimpiadada Azərbaycan bayrağının qaldırılması ölkəmizin maraqlarını təmsil edir. Bu təmsilçiliyə də maliyyə ayrılmalıdır. Maliyyə ayrılmadıqda hansı işləri görülə bilər? Tacikistanda cəmi 1 nəfər medal aldı, az qaldılar ona milli qəhrəman adı versinlər. Lakin Azərbaycanda kifayət qədər idmançı ölkəmizi təbliğ edir. Bu baxımdan ölkəmizdə keçirilən I Avropa Oyunları, Formula-1, İslam Həmrəylik Oyunlarına diqqət ayırmalıyıq”.
S. Novruzov diplomatik korpusların bağlanması məsələsinə də toxunub. O bu məsələyə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib: "Bu yaxınlarda biz Özbəkistanda səfərdə olduq. Özbəkistan Azərbaycanın strateji tərəfdaşıdır və az sayda ölkələrdəndir ki, Ermənistanda səfirlik açmayıb. Lakin Özbəkistanda hərbi attaşe vəzifəsi ixtisara salınıb. Biz indi deməliyik ki, vəsaitimiz çatmadığına görə bu vəzifəni ixtisara salmışıq? Bunu Müdafiə Nazirliyi ölçüb-biçməli, ixtisara diqqət etməlidir. O cümlədən,Xarici İşlər Nazirliyidə bu sahəyə diqqət ayırmalıdır”.
Millət vəkili dövlət strukturlarında islahatının aparılmasını da təklif edib: "Artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə, oxşar strukturlar birləşdirilməlidir. Biz az vəsaitlə daha çox iş görməliyik”.
banner

Oxşar Xəbərlər