Siyavuş Aslanın vəziyyəti pisləşib

Siyavuş Aslanın vəziyyəti pisləşib

Mədəniyyət
01 Noyabr 2012, 12:47 1298
Xalq artisti Siyavuş Aslanın vəziyyəti pisləşib. Dərhal xalq artisti üçün təcili yardım çağırılıb. Siyavuş Aslanın baxıcısı Sədaqət xanımın ANS PRESS-ə verdiyi məlumata görə, xalq artisti bir müddət özündə olmayıb. Heç bir şeyə reaksiya verməyib.

"Həkimlər onu xəstəxanaya aparmaq istəsələr də, sonradan xəstə özünə gəlib. Siyavuş Aslan özünə gəldikdən sonra xəstəxanaya getməkdən imtina edib. Şükürlər olsun ki, Siyavuş Aslanın vəziyyəti yaxşıdır”.

Kliniki Tibbi Mərkəzinin baş həkimi Tərlan Bəbirovun verdiyi məlumata görə, axşam saatlarında Siyavuş Aslanın vəziyyətinin pisləşməsi ilə bağlı xəstəxanaya xəbər verilib. Lakin sonradan xəstənin vəziyyətinin yaxşılaşdığını və onun xəstəxanaya gətirilməyəcəyini bildiriblər.
Xatırladaq ki, Siyavuş Aslan 2 dəfə insult keçirib.