Siyasi partiyalara ayrılan vəsait artırıla bilər

Siyasi partiyalara ayrılan vəsait artırıla bilər

Siyasət
07 Noyabr 2012, 13:30 1287
Milli Məclisin (MM) 6 komitəsinin birgə iclasında 2013-cü il Dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatlar - VHP sədri Sabir Rüstəmxanlı və BAXCP sədri Qüdrət Həsənquliyev sənəddə siyasi partiyalara ayrılan vəsaitin az olması barədə məsələ qaldırıblar.

Müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov isə deyib ki, bu məsələyə yenidən baxıla bilər. Nazir partiyalara dövlət büdcəsindən 2 milyon manat ayrılmasının qanunvericilikdə müəyyən olunan mexanizmlə əsaslandırıldığını bildirib: “Amma təbii ki, bu vəsaitin artırılması mümkündür”.