• şənbə, 20 Aprel, 10:57
  • Baku Bakı 14°C

"Siyasi dialoq, iş birliyi problemlərin həllinə kömək göstərə bilər"

09.06.18 09:53 492
"Siyasi dialoq, iş birliyi problemlərin həllinə kömək göstərə bilər"
"Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının sammitinin Bakıda keçirilməsi ölkəmizin siyasi həyatında əlamətdar hadisədir. Ümid edirəm ki, burda aparılan müzakirələr alyansın məqsədlərinin həyata keçirilməsinə kömək edəcək".
APA-nın xəbərinə görə, bunuMilli Məclisin vitse-spikeriZiyafət Əsgərovbu gün Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitinin açılışında deyib.
Z.Əsgərov vurğulayıb ki, indi dünya birliyi terrorizm, separatizm, qaçqın, məcburi köçkün, insan alveri, narkotiklə mübarizə, iqlim dəyişkənliyi, epidemiya kimi problemlərin həlli üçün səmərəli yollar tapmaqla üz-üzə gəlib.
Z.Əsgərov deyib ki, beynəlxalq mühit çərçivəsində parlament nümayəndələri arasında əməkdaşlığın, fəallığın gücləndirilməsi universal xarakter daşıyır.
O bildirib ki, AzərbaycanMilli Məclisinin deputatları fəaliyyəti gedişində ölkəmiz barəsində həqiqətləri bütün dünyaya çatdırmaq üçün mümkün olan hər şeyi edir və bu siyasi dialoq, iş birliyi Dağlıq Qarabağ münaqişəsi və digər problemlərin həllinə kömək göstərə bilər.
"Azərbaycan uzun illərdir torpaqlarının işğalı ilə bağlə beynəlxalq birliyə çağırış edərək ədalətin bərpa olunmasını tələb edir. Biz əminik ki, bu və digər problemlər beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq nizama salınacaq və bu da Avropada sülh, sabitlik , təhlükəsizliyin təminatına xidmət edəcək", - deyə Z. Əsgərov əlavə edib.
banner

Oxşar Xəbərlər