Siyasət müxbirləri avtobioqrafiyanı necə yazır?!
"New-York Times”-ın siyasət bölməsinin
reportyoru Eymi Çozik həm həmkarları, həm yazarlar üçün olduqca maraqlı və yararlı
bir məqalə qələmə alıb. İllərdir ABŞ-ın müxtəlif prezidentləri, onların
xanımları, xarici işlər nazirləri və Ağ Evin təşkil etdiyi müxtəlif rəsmi
səfərlərdə ayrı-ayrı siyasiləri müşayiət etmək üçün ölkə-ölkə gəzmiş reportyor
özü də hazırda memuar üzərində işləyir: "İlk dəfə bu haqda Devid Kar (redaktor
– red.) ilə məsləhətləşdim. Dediyi fikir bir işıq oldu mənimçün: "Yazarların
yaşadığı yerlərə üz tut və oxu, çox oxu”. Bu mütaliə şərtinin bütün yazarlar
tərəfindən təkrarlanması sizə sıxıcı, yorucu gələ bilər, amma başqa yol yoxdur.
Ona görə hamı yaxşı yazının ilk şərtini səsləndirməli olanda "oxuyun” deyir.
Amma siyasətdən yazar müxbirə memuar yazmaq üçün başqa nə lazımdır? – yumor
hissi, müşahidə qabiliyyəti, təsvir peşəkarlığı və s. Bəs nələri oxumalı? Əgər
dediyim adamsınızsa və memuar yazmaq istəyirsinizsə, məhəbbətin ürək sözlərini
çatdıran adamlarla zaman itirməyin”.
Həmin
məqalədə siyasi memuar yazmaq üçün məsləhət görülən ədibləri və əsərləri təqdim
edirik:
· Riçard Ben Kreymer – "Nə lazımdır?” ("What it takes?”)
· Devid Foster Uallas – "Qalx, Simba” ("Up, Simba!”)
· Hunter Tompson – "Qorxu və nifrət” ("Fear and loathing: On the
campaign trail 72”)
· Timoti Krus - "Oğlanlar və avtobus” ("The boys and the bus”)
· Qari Uils – "Nikson Aqonistes: Özünü yaratmış adamın böhranı” ("Nixon
Agonistes: the crisis of the self-made man”)
· Marco Rubio – "Amerika xəyalları” ("American dreams”)
· Berni Senders – "İnandığımız gələcək” ("Our revolution: A future to
believe in”)
· Hilari Klinton – "Çətin seçimlər” ("Hard choices”)
· Meri Kar – "Yalançılar düşərgəsi” ("The liars’ club”)
· Coan Didion – "Cənub və Qərb” ("South and west”)