• şənbə, 20 Aprel, 13:11
  • Baku Bakı 23°C

"Siyahıyaalma müxtəlif göstəricilər üzrə real mənzərəni əks etdirəcək"

19.12.18 14:08 461
"Siyahıyaalma müxtəlif göstəricilər üzrə real mənzərəni əks etdirəcək"
"Gələn ilin oktyabr ayında Azərbaycanda əhalinin siyahıyaalınması həyata keçiriləcək".
Bunu "Report"a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.
Onun sözlərinə görə,əhalinin siyahıyaalınmasından sonrahamı müxtəlif göstəricilərlə bağlı real mənzərəni daha yaxından görəcək: "Bu günƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyalnız Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanır".
Nazir müavini bildirib ki, bu gün keçirilən Azərbaycanda İnsan Kapitalı üzrə Forumda Dünya Bankının istinad etdiyi mənbələr 2015-ci ildə həyata keçirilmiş sorğuya əsaslanır: "Həmin sorğunun nəticələrinə əsasən, bu gün hər hansı qərarlar vermək çətin məsələdir. Təbii ki, müəyyən çağırışlar var vəbiz bununla razıyıq. Amma bizim istinad etdiyimiz əsas mənbə Dövlət Statistika Komitəsinin məlumatlarıdır"
banner

Oxşar Xəbərlər