• cümə, 29 Mart, 16:37
  • Baku Bakı 14°C

“Sivil boşanma”

07.06.13 08:06 2145
“Sivil boşanma”
Rusiya prezidenti Vladimir Putin həyat yoldaşı Lyudmila Putina ilə nikahının başa çatdığını bəyan edib.
“Rossiya 24” telekanalının müxbirinin sualını cavablandıran Lyudmila Putina qeyd edib ki, bu “sivil boşanmadır”.
Bundan öncə KİV-lər prezident yoldaşı ilə Dövlət kreml sarayında “Esmeralda” baletinə tamaşa etməyə birgə gəldiklərini bildirib.
Vladimir Putinin sözlərinə görə, o, boşanma qərarını yoldaşı ilə birgə qəbul edib.
Vladimir Putin Lyudmila Putina ilə 1983-cü ilin iyulunda ailə qurub. Onların iki qızı var – Mariya (1985) və Katerina (1986).
Lyudmila Putina filoloq-romanist kimi tanınır. O alman, ispan və fransız dillərində sərbəst danışır. Son vaxtlar o böyük tədbirlərdə çox az-az görünürdü.
banner

Oxşar Xəbərlər