• cümə, 19 Aprel, 09:51
  • Baku Bakı 13°C

“Siti”nin sahibi daha bir klub alır

25.12.17 15:25 1000
“Siti”nin sahibi daha bir klub alır
"City Football Group” holdinqi Belçikanın "Ostende” klubunu almaq istəyir.
Kaspi.az xəbər verir ki, "Ostende”nin sahibi Mark Kuk bir müddət əvvəl "Anderlext”in səhmlərini 77 milyona alıb. Ona görə də, biznesmen "Ostende”ni satmaq istəyir.
Məlumata görə, "Siti”nin sahibi Belçika klubunun səhmlərinin 50 faizini alacaq. Qalan səhmlər isə yerli investorlara satılacaq.
"Mançester Siti”nin sahibinin dünyanın bir neçə ölkəsində klubu var - "Melbrun Siti” (Avstraliya), "Nyu-York Siti” (ABŞ), "Jirona” (İspaniya), Yokohama” (Yaponiya), "Torke” (Uruqvay).
banner

Oxşar Xəbərlər