• cümə, 19 Aprel, 20:54
  • Baku Bakı 24°C

“Siti”nin ÇL-dən qovulmasını tələb edirlər

14.05.19 12:18 697
“Siti”nin ÇL-dən qovulmasını tələb edirlər
"Mançester Siti” avrokuboklardan uzun müddətə uzaqlaşdırıla bilər.
Kaspi.az xəbər verir ki, buna səbəb maliyyə pozuntuları göstərilir. Araşdırmalar zamanı "şəhərlilər”in 2014-cü illə bağlı hesabatda yanlış məlumatlar verdikləri bəlli olub.
Araşdırmanı UEFA-nın ekspert qrupu aparıb. Qrupa Belçikanın sabiq baş naziri İvo Letermom başçılıq edir. Qrup aprel ayında "Siti”nin nümayəndələri ilə görüşüb. Ancaq klub nümayəndələri onlara inandırıcı dəlillər təqdim edə bilməyiblər.
Məlumata görə, istintaq qrup UEFA-dan "Siti”nin ən azı bir illiyinə avrokuboklardan uzaqlaşdırılmasını tələb edəcək.
banner

Oxşar Xəbərlər