• cümə, 29 Mart, 12:23
  • Baku Bakı 14°C

“Siti”nin avtobusuna hücum oldu, “Liverpul” üzr istədi

05.04.18 10:50 760
“Siti”nin avtobusuna hücum oldu, “Liverpul” üzr istədi
Çempionlar Liqasının 1/4 finalında keçirilən "Liverpul” – "Mançester Siti” qarşılaşmasından əvvəl insident yaşanıb.
Kaspi.az xəbər verir ki, "Liverpul” azarkeşləri stadiona gələn "Siti”nin avtobusuna hücum ediblər. Hadisə nəticəsində avtobusa ziyan dəyib. "Liverpul” insidentə görə, saytı vasitəsilə üzr istəyib:
"Baş verən hadisəni qətiyyətlə pisləyirik. Biz Xosep Qvardioladan, futbolçulardan üzr istəyirik. Bir sıra şəxslərin etdiyi hərəkət qəbuledilməzdir. Belə hərəkətə bəraət yoxdur.
Klub rəhbərliyi hakimiyyət orqanları ilə əməkdaşlıq edəcək ki, insidenti törədən şəxslər tapılsınlar və cəzalansınlar”.
banner

Oxşar Xəbərlər