• çərşənbə axşamı, 23 aprel, 12:50
  • Baku Bakı 24°C

“Siti”nin 261 milyonluq qış planı

01.10.18 12:15 572
“Siti”nin 261 milyonluq qış planı
"Mançester Siti” qışda transfer rekordunu qırmağa hazırlaşır.
Kaspi.az xəbər verir ki, Mançester şəhərinin təmsilçisi PSJ-nin forvardı Kilian Mbappeni heyətinə qatmaq istəyir. Bu barədə İngiltərənin "Daily Maily” nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, "Siti” fransız futbolçu üçün Paris klubuna 261 milyon avro təklif edəcək. Mbappenin MS-yə keçidi baş tutarsa, bu, futbol tarixinin rekord transferi olacaq.
Hazırda tarixin ən bahalı transferi Neymardır. Braziliyalı futbolçu "Barselona”dan PSJ-yə 222 milyon avro qarşılığında transfer edilib.
banner

Oxşar Xəbərlər