• cümə, 19 Aprel, 21:10
  • Baku Bakı 24°C

Sistem inzibatçılığı sahəsində karyera qurmaq istəyən tələbələr üçün təlim

20.11.16 22:27 1299
Sistem inzibatçılığı sahəsində karyera qurmaq istəyən tələbələr üçün təlim
Sistem inzibatçılığı sahəsində karyera qurmaq istəyən tələbələr üçün "Fundamentals of a Windows Server® Infrastructure” adlı təlim keçiriləcək. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Elektron Hökumət Təlim-Tədris Mərkəzi” tərəfindən hazırlanan təlimə qeydiyyat artıq başlayır.
NazirlikdənAZƏRTAC-a bildirilib ki, təlimi bitirənlər "Windows Server 2012” server infrastrukturunun qurulması üçün bütün lazımi bilikləri qazanacaqlar. Təlimdə iştirak üçün aylıq ödənişin məbləği 155 manatdır. Burada güzəştli qrupların təşkili də nəzərdə tutulur. Belə ki, güzəştli qruplara daxil olan tələbələr, dövlət qulluqçuları və rabitə işçiləri, eləcə də onların övladları ayda 135 manat ödəməklə bu təlimlərdə iştirak edə biləcəklər.
Təlimi uğurla bitirən tələbələr RYTN-in sertifikatlarına layiq görüləcək. Həmçinin tələbələrin beynəlxalq sertifikat əldə edəcəyinə zəmanət verilir. İştirakçılar sözügedən beynəlxalq imtahanlar üzrə bütün zəruri məsləhətləri mərkəzin əməkdaşlarından ala biləcəklər.
Tədrisə dekabr ayından start veriləcək. Dərslər həftədə 2 gün olmaqla 2 ay davam edəcək və A.M.Şərifzadə küçəsi 241 ünvanında yerləşən "Elektron Hökumət Təlim-Tədris Mərkəzi”ndə keçiriləcək.
"Microsoft”un rəsmi tədris planına uyğun keçiriləcək təlim barədə ətraflı məlumatıhttps://goo.gl/vtU0ETlinkindən, [email protected]ünvanından və (012) 505-01-13, (077) 505-01-13 əlaqə nömrələrindən əldə etmək olar.
banner

Oxşar Xəbərlər