• cümə axşamı, 25 aprel, 14:06
  • Baku Bakı 23°C

Şirvanda silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirilib

13.08.19 17:20 4270
Şirvanda silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirilib
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Şirvan şəhər sakini Nadir Babayev saxlanılıb.
Onun əlindəki idman çantasına baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov” tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Baş İdarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər sakini Amid Abdullayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı "Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

Qeyd edilən hər 2 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
banner

Oxşar Xəbərlər