• cümə axşamı, 28 mart, 18:46
  • Baku Bakı 13°C

Şirvanda qəza törədib hadisə yerindən qaçan sürücü həbs olunub

05.01.18 16:45 708
Şirvanda qəza törədib hadisə yerindən qaçan sürücü həbs olunub
Yanvarın 3-də saat 07.00 radələrində Şirvan şəhəri ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq,piyada Nüşabə Xəlilovanı vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada vəfat etməsi faktına görə şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Baş ProkurorluqdanAPA-ya bildirilib ki, yol-nəqliyyat hadisəsini "Mitsubishi L 200” markalı 90 CF 054 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Sabirabad rayon sakini, 1975-ci il təvəllüdlü Abbasov Emin Sabir oğlunun törətməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.
E. Abbasov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər