AZE | RUS | ENG |


Şirvanda qəza törədib hadisə yerindən qaçan sürücü həbs olunub

Şirvanda qəza törədib hadisə yerindən qaçan sürücü həbs olunub
Yanvarın 3-də saat 07.00 radələrində Şirvan şəhəri ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq, piyada Nüşabə Xəlilovanı vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada vəfat etməsi faktına görə şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
 
Baş Prokurorluqdan APA-ya bildirilib ki, yol-nəqliyyat hadisəsini "Mitsubishi L 200” markalı 90 CF 054 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Sabirabad rayon sakini, 1975-ci il təvəllüdlü Abbasov Emin Sabir oğlunun törətməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

E. Abbasov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6703
GBP 1 İngilis funt sterlinqi 2.3571
TRY 1 Türk lirəsi 0.4447
KWD 1 Küveyt dinarı 5.6549
SEK 1 İsveç kronu 0.2113
EUR 1 Avro 2.0780
CHF 1 İsveçrə frankı 1.7651
USD 1 ABŞ dolları 1.7001