• cümə, 29 Mart, 00:00
  • Baku Bakı 7°C

Şirvan Milli Parkı yanır

27.06.13 14:35 1450
Şirvan Milli Parkı yanır
Bu gün saat 14:50 radələrində Şirvan Milli Parkı ərazisində yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ilkin ehtimalla yanğın yaxınlıqdan keçən Salyan OİL şirkətinə məxsus neft daşıyan avtomobilin keçməsindən dərhal sonra baş verib və əsən külək nəticəsində geniş əraziyə yayılıb.
Yanğın təbii və alaq otlarından ibarət olan 100 hektara yaxın ərazini əhatə edir. Yanğının söndürülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatı və yerli qurumlarının əməkdaşları təcili olaraq hadisənin baş verdiyi əraziyə ezam olunublar. Hazırda nazirliyin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstələri tərəfindən davam edən yanğının söndürülməsi və qarşısının alınması üçün təcili tədbirlər həyata keçirilir.
banner

Oxşar Xəbərlər