Şirkətlər Ronaldo ilə bağlı bəyanat yaydı
"EA Sports” və "Nike”
"Yuventus”un futbolçusu Kriştiano Ronaldonun zorlamada ittiham edilməsi ilə
bağlı bəyanat yayıblar.
Kaspi.az xəbər
verir ki, hər iki şirkət məsələni diqqətlə izlədiklərini vurğulayıblar. "EA
Sports”un bəyanatında deyilir:
"Biz Ronaldoya
qarşı ittihamlarla bağlı məruzə ilə tanışıq. Vəziyyəti diqqətlə izləyirik. Gözləyirik
ki, idmançılar və səfirlərimiz özlərini bizim dəyərlərə uyğun aparacaqlar”.
"Nike” şirkətinin
də açıqlaması eyni xarakterdə olub: "Biz buna görə bərk narahat olmuşuq. Təklif
edirik ki, situasiyanı diqqətlə izləyək”.
Ronaldo "EA
Sports”un siması hesab olunur. Futbolçu "Nike”la 2003-cü ildən əməkdaşlıq edir.
2016-cı ildə bağlanan müqavilə 1 milyard dollar dəyərində olub. Bu müqavilənin
ömürlük bağlandığı bildirilir.
Ketrin Mayorq
adlı qadın Ronaldonun 9 il əvvəl onu zorladığını iddia edir. Kriştiano bu
ittihamı qətiyyətlə rədd edir.