• cümə, 29 Mart, 03:29
  • Baku Bakı 7°C

Şirkətlər Ronaldo ilə bağlı bəyanat yaydı

05.10.18 11:20 650
Şirkətlər Ronaldo ilə bağlı bəyanat yaydı
"EA Sports” və "Nike” "Yuventus”un futbolçusu Kriştiano Ronaldonun zorlamada ittiham edilməsi ilə bağlı bəyanat yayıblar.
Kaspi.az xəbər verir ki, hər iki şirkət məsələni diqqətlə izlədiklərini vurğulayıblar. "EA Sports”un bəyanatında deyilir:
"Biz Ronaldoya qarşı ittihamlarla bağlı məruzə ilə tanışıq. Vəziyyəti diqqətlə izləyirik. Gözləyirik ki, idmançılar və səfirlərimiz özlərini bizim dəyərlərə uyğun aparacaqlar”.
"Nike” şirkətinin də açıqlaması eyni xarakterdə olub: "Biz buna görə bərk narahat olmuşuq. Təklif edirik ki, situasiyanı diqqətlə izləyək”.
Ronaldo "EA Sports”un siması hesab olunur. Futbolçu "Nike”la 2003-cü ildən əməkdaşlıq edir. 2016-cı ildə bağlanan müqavilə 1 milyard dollar dəyərində olub. Bu müqavilənin ömürlük bağlandığı bildirilir.
Ketrin Mayorq adlı qadın Ronaldonun 9 il əvvəl onu zorladığını iddia edir. Kriştiano bu ittihamı qətiyyətlə rədd edir.
banner

Oxşar Xəbərlər