• cümə, 26 Aprel, 07:46
  • Baku Bakı 12°C

Şirkət rəhbərindən polisə şikayət var

17.02.15 09:35 1181
Şirkət rəhbərindən polisə şikayət var
Ağcabədi sakinləri mühafizə şirkətinin rəhbəri tərəfindən aldadılması faktı ilə bağlı polisə müraciət ediblər.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 16-da Ağcabədi rayon sakinləri Nadir Cəfərov, Fikrət Əliyev, Emin Rzayev, Mirza İbrahimov və Vasif Quliyev RPŞ-yə müraciət edərək 2014-cü ildə “Azər-mühafizə” MMC-nin Ağcabədi rayon filialının rəisi Malik Səfərov tərəfindən aldadıldığını və ümumilikdə 12900 manat pullarının mənimsənildiyini bildiriblər.
Faktla bağlı araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər