AZE | RUS | ENG |

SIPRI: Azərbaycan silah idxalına görə dünyada 23-cü yeri tutub

SIPRI: Azərbaycan silah idxalına görə dünyada 23-cü yeri tutub
Azərbaycan 2014-2018-ci illərdə silah idxalına görə dünyada 23-cü yeri tutub.
"Report" xəbər verir ki, bu barədə Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİRPİ) araşdırmasında göstərilir.
Araşdırmaya əsasən, göstərilən dövrdə Azərbaycanın əsas silah təchizatçıları Rusiya (51%), İsrail (43%) və Türkiyədir (2,8%).
Dünyada ən böyük silah ixracatçılarının reytinqində ilk üçlükdə ABŞ, Rusiya, Fransa qərarlaşıb. Son beş ildə Rusiyanın silah ixracatı azalıb və ABŞ dominant mövqeyini daha da gücləndirib.
Dünyanın ən böyük 5 silah ixracatçısı olan ABŞ, Rusiya, Fransa, Almaniya və Çin 2014-cü ildən 2018-ci ilədək ümumilikdə silah ixracının 75%-ni təmin edib.
Çin, Böyük Britaniya, İspaniya, İsrail, İtaliya, Hollandiya da silah təchizatçılarının "top-10"luğunda yer alıb.
Dünyanın ən böyük silah idxalçısı 2014-2018-ci illərdə Səudiyyə Ərəbistanı olub. Krallıq ölkəsi 2009-2013-cü illərlə müqayisədə idxalı 192% artırıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916