• şənbə, 20 Aprel, 16:41
  • Baku Bakı 23°C

SIPRI: Azərbaycan İsrailə “Dəmir günbəz” kompleksi sifariş verib

27.02.17 13:57 1004
SIPRI: Azərbaycan İsrailə “Dəmir günbəz” kompleksi sifariş verib
Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu (SIPRI) 2015-2016-ci illərdə Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabat hazırlayıb.
APA-nın məlumatına görə, institut Azərbaycanın əsas silah təchizatçılarının İsrail, Türkiyə və Rusiya olduğunu bildirib.
Qeyd olunur ki, Azərbaycan ötən il İsraildən OPV-62 gözətçi gəmiləri, havadan patrul xidməti üçün Orbiter-1K sursatı, "Barak-8” zenit-raket kompleksləri, EL/M-2080 "Green Pine"havahücumundan müdafiə sistemləri radarları, LAHAT tank əleyhinə idarə edilən yüngül raketləri, Spike-NLOS unikal raketləri, EL/M-2288 AD-STAR radarları, "Harop" hücum və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları, "SandCat" zirehli avtomobilləri satın alıb.
Hesabatda o da bildirilir ki, Azərbaycan 2016-cı ildə İsrailə "Dəmir günbəz”havavə raket hücumundan müdafiə sistemi və bu kompleks üçün "Tamir” raketlərini sifariş edib.
banner

Oxşar Xəbərlər