• cümə, 29 Mart, 03:59
  • Baku Bakı 7°C

SIPRI: Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb

20.02.17 11:30 744
SIPRI: Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb
ABŞ və Rusiya 2012-2016-cı illərdə silah ticarəti sahəsində dünyanın ən böyük ixracatçı ölkələridir.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun (SIPRI) hesabatında deyilir.
Hesabatda bildirilir ki, satılan silahların 74%-i ABŞ, Rusiya, Çin, Fransa və Almaniyanın payına düşür.
Təkcə ABŞ və Rusiyanın payı 56%-dir.
2007-2011-ci illərlə müqayisədə hesabat dövründə silah ticarətinin həcmi 8.4% artıb.
Son 5 ilin rəqəmləri "soyuq müharibə” bitəndən sonra qeydə alınan ən böyük göstəriciləridir.
Hesabata əsasən, Asiya, Okeaniya, Yaxın Şərq bölgələrinə silah satışı daha çox artıb, Avropa, Afrika və Amerika qitələrinə isə azalıb.
Qeyd olunan dövrdə 50 ölkə Rusiyadan hərbi texnika alıb.
Rusiyanın satdığı silah və texnikanın 4 faizini Azərbaycan alıb. ABŞ isə həbi texnika və silahlarını 100 ölkəyə satıb.
Hesabatda qeyd olunur ki, 2012-2016 illərdə Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb.
Şimali Afrika ölkələri arasında hərbi idxala görə lider ölkə Əlcəzairdir. Regiona silah satışının 46%-i bu ölkənin payına düşür.
banner

Oxşar Xəbərlər