• cümə, 29 Mart, 16:23
  • Baku Bakı 14°C

Sığortaçılar üçün attestasiya keçiriləcək

13.07.19 14:45 12402
Sığortaçılar üçün attestasiya keçiriləcək
Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün attestasiya keçiriləcək.
Maliyyə Bazarlarına Nəzarət PalatasındanAZƏRTAC-a bildirilib ki, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən, sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər attestasiyaya dəvət olunublar. İyulun 15-18-də keçiriləcək attestasiyada 1 rəhbər şəxs, 3 aktuari iştirak edəcək.
Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.
banner

Oxşar Xəbərlər