AZE | RUS | ENG |

Şinzo Abenin və Həsən Ruhaninin görüşü xüsusi əhəmiyyətə malikdir

Şinzo Abenin və Həsən Ruhaninin görüşü xüsusi əhəmiyyətə malikdir
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib ki, Baş Nazir Şinzo Abenin İran Prezidenti Həsən Ruhani ilə iyunun 12-də keçirdiyi görüş xüsusi əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, Y.Suqa iyunun 13-də jurnalistlərə verdiyi məlumatda Ş.Abenin İranı regionda gərginliyi azaltmaq üçün addımlar atmağa çağırdığını bildirib.
Baş katib deyib ki, Ş.Abe Yaponiyanın nüvə razılaşmasını davamlı şəkildə dəstəklədiyini bildirərək, İranın bu razılaşmaya əməl edəcəyinə ümidvar olduğunu qeyd edib.
Y.Suqa Ş.Abe ilə İranın Ali rəhbəri Ayətullah Əli Xameneinin qarşıdakı görüşü zamanı da açıq fikir mübadiləsinin davam edəcəyinə ümid etdiyini deyib. "Lakin görüşün nəticəsini qabaqcadan demək qeyri-mümkündür”, - deyə o əlavə edib.
Baş katib, həmçinin qeyd edib ki, Ş.Abenin səfərinin məqsədi heç də İran ilə ABŞ arasında vasitəçi rolunu oynamaqdan ibarət deyil.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9338
GEL 1 1 Gürcüstan larisi 0.6127
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1819
CHF 1 1 İsveçrə frankı 1.7394
KWD 1 1 Küveyt dinarı 5.6012
TRY 1 1 Türkiyə lirəsi 0.2945