• cümə axşamı, 28 mart, 23:45
  • Baku Bakı 13°C

Şinzo Abe: Yaponiyanın Rusiya ilə sülh müqaviləsi barədə mövqeyi dəyişməz qalır

14.09.18 12:52 370
Şinzo Abe: Yaponiyanın Rusiya ilə sülh müqaviləsi barədə mövqeyi dəyişməz qalır
Yaponiyanin Baş naziri Şinzo Abe bildirib ki, ölkəsinin Rusiya ilə sülh müqaviləsi barədə mövqeyi dəyişməz qalır. Yaponiya təkid edir ki, müqavilə yalnız dörd mübahisəli ada ilə əlaqədar məsələ həll olunduqdan sonra imzalana bilər.
AZƏRTACNHK telekanalına istinadla xəbər verir ki, Baş nazir Rusiyadan qayıtdıqdan sonra bu barədə koalisiya tərəfdaşı Komeyto Partiyasının lideri Natsuo Yamaquçi ilə görüşü zamanı bəyan edib.
Vladivostokda keçirilən beynəlxalq konfransda Ş.Abe Rusiya tərəfini sülh müqaviləsi imzalamaq üçün əməkdaşlığa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin isə iki ölkə arasında heç bir ilkin şərt irəli sürmədən ilin sonunadək sülh müqaviləsinin imzalanmasını təklif edib.
N.Yamaquçi ilə görüşdə Ş.Abe deyib ki, o, V.Putinin təklifini sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüs kimi yüksək qiymətləndirir.
Baş nazir, həmçinin bildirib ki, Yaponiya hökumətinin siyasəti dəyişməz qalır və Rusiya ilə sülh müqaviləsi dörd mübahisəli ada məsələsinin həllindən sonra mümkündür.
Hokkaydo adasının şimalında yerləşən dörd ada Rusiyanın nəzarəti altındadır. Yaponiya tərəfi həmin adalara iddialıdır və bu adaları ölkənin ayrılmaz tərkib hissəsi hesab edir. Yaponiya hökumətinin mövqeyinə görə, həmin adalar II Dünya müharibəsi nəticəsində qeyri-qanuni yolla işğal edilib.
banner

Oxşar Xəbərlər