AZE | RUS | ENG |

Şinzo Abe Vladimir Putinlə görüşmək üçün Rusiyaya yollanır

Şinzo Abe Vladimir Putinlə görüşmək üçün Rusiyaya yollanır
Yanvarın 21-də Yaponiyanın Baş naziri Şinzo Abe Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya yola düşür.
AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, Ş.Abe Rusiyanın nəzarətində olan dörd adanın taleyinin həll olunması nəticəsində bu ölkə ilə sülh müqaviləsinin imzalanmasını müzakirə etmək niyyətindədir.
Hazırda Rusiyanın nəzarəti altında olan həmin adalara Yaponiya da iddialıdır. Yaponiya hökumətinin mövqeyinə əsasən, bu adalar ölkə ərazisinin ayrılmaz tərkib hissəsidir və II Dünya müharibəsi zamanı qeyri-qanuni işğal edilib.
Ş.Abenin iki gün davam edəcək səfəri çərçivəsində yanvarın 22-də onun Rusiya prezidenti ilə görüşü planlaşdırılır. Bu iki ölkə liderinin sayca 25-ci sammiti olacaq. Bundan əvvəl onlar ötən ay Argentinada görüşmüşdülər.
Ş.Abe və V.Putinin ötən ilin noyabrında Sinqapurda keçirilən sammiti zamanı bu iki ölkənin liderləri sülh müqaviləsi üzrə danışıqları 1956-cı ildə qəbul edilən birgə bəyannamə əsasında sürətləndirmək barədə razılığa gəliblər. Həmin bəyannamədə sülh müqaviləsi imzalandıqdan sonra adalardan ikisinin Yaponiyaya verilməsi nəzərdə tutulur.
Lakin ötən həftə Yaponiya xarici işlər naziri Taro Kononun rusiyalı həmkarı Sergey Lavrovla görüşündə tərəflər arasında ərazi məsələsi ilə bağlı fikir ayrılığının hələ də qaldığı məlum olub.
Rusiya tərəfi II Dünya müharibəsinin nəticələri nəzərə alınaraq Yaponiyanı Rusiyanın adalar üzərində suverenitetini tanımağa çağırıb. Görüşdə, eyni zamanda, Yaponiya-ABŞ alyansı və həmçinin Yaponiyanın Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalarına qoşulması barədə narazılıq da ifadə olunub.
Bununla yanaşı, Rusiya tərəfinin Yaponiya ilə danışıqları davam etdirməyə hazır olduğu da bildirilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917