• şənbə, 20 Aprel, 03:30
  • Baku Bakı 15°C

Sinxuanın baş redaktoru He Pinq: AZƏRTAC ilə əməkdaşlığımız xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir

16.09.18 18:55 406
Sinxuanın baş redaktoru He Pinq: AZƏRTAC ilə əməkdaşlığımız xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir
Sinxua informasiya agentliyi Azərbaycanla bağlı məlumatları ölkənin əsas xəbər mənbəyi olanAZƏRTAC-dan alır. İki agentlik arasındakı əməkdaşlıq müqaviləsi informasiya mübadiləsini daha da genişləndirmək və birgə layihələr həyata keçirmək üçün geniş imkanlar açır.
Bu fikirlər Çinin Sinxua agentliyinin nazir statusunda baş redaktoru He Pinqin rəhbərliyi ilə Bakıda səfərdə olan nümayəndə heyətininAZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşündə səslənib.
Azərbaycanın və Çinin qədim tarixi əlaqələrə malik olduğunu deyən İdarə Heyətinin sədri Aslan Aslanov xalqlarımız arasında əlaqələrin dərinləşməsində hər iki ölkənin milli informasiya agentliklərinin böyük rolu olduğunu vurğulayıb. Qeyd olunub ki,AZƏRTACilə Sinxuanın 2003-cü ildən başlayan əməkdaşlığı dövründə birgə fotosərgilər, təqdimatlar, informasiya və təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda, hər iki agentlik hazırdaAZƏRTAC-ın sədri olduğu iki beynəlxalq təşkilatda - Dünya Xəbər Agentlikləri Konqresində və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) sıx əməkdaşlıq edir. "Bu ilin iyununda Pekində Sinxuanın prezidenti Çay Mincao ilə görüşdə bir sıra əməkdaşlıq məsələlərini geniş müzakirə etdik. Bundan əlavə, orada Şanxay Əməkdaşlıq Təşkilatının birinci media sammiti çərçivəsində Sinxua ilə yeni əməkdaşlıq sazişi imzaladıq. Əminəm ki, bu, əlaqələrimizin inkişafı üçün yeni imkanlar açacaq”, - deyə Aslan Aslanov bildirib.
Diqqətə çatdırılıb ki, Çinin "Bir kəmər – bir yol” təşəbbüsünün, həmçinin Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının həyata keçirilməsi informasiya sahəsində də əlaqələrin intensivləşməsini şərtləndirir. Bununla əlaqədar Sinxuanın təsis etdiyi "Bir kəmər – bir yol İqtisadi İnformasiya Tərəfdaşlığı” alyansınaAZƏRTAC-ın da qoşulacağı və dünyanın hər yerindən xəbər təchizatçıları ilə informasiya mübadiləsi aparacağı qeyd olunub.
AZƏRTACilə əməkdaşlığa böyük önəm verdiklərini deyən Sinxua agentliyinin baş redaktoru He Pinq ikitərəfli münasibətlərdəki dinamikliyi yüksək qiymətləndirdiklərini vurğulayıb. O,AZƏRTAC-ın informasiya təchizatçısı kimi inkişafının göz qabağında olduğunu söyləyib. "Sizinlə mənim Pekində imzaladığımız müqavilə informasiya mübadiləsini artırmağa yönəlib ki, bu da xalqlarımızın bir-birini daha yaxından tanımasına, ölkələrimizin iqtisadi və mədəni həyatındakı hadisələrin qarşılıqlı işıqlandırılmasına böyük töhfə olacaq”, - deyə He Pinq qeyd edib.
Baş redaktorAZƏRTAC-ın OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi üçün irəli sürdüyü təklifləri Sinxuanın dəstəklədiyini bildirib.AZƏRTAC-ın Çin dilində informasiya yayımının onlar üçün önəmli olduğunu deyən He Pinq bu istiqamətdə də lazımi dəstək göstərməyə hazır olduqlarını söyləyib.
Görüşdə birgə layihələrin reallaşdırılması, Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın fəaliyyətinin artırılması, müasir medianın inkişaf meyilləri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün səylərin gücləndirilməsinin vacibliyi qeyd olunub.
banner

Oxşar Xəbərlər