• cümə axşamı, 25 aprel, 20:08
  • Baku Bakı 21°C

Sinoptiklər isti havalarla bağlı xəbərdarlıq etdilər

13.07.13 11:36 1470
Sinoptiklər isti havalarla bağlı xəbərdarlıq etdilər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər