• şənbə, 20 Aprel, 15:31
  • Baku Bakı 23°C

Sinoptiklər hava haqqında nə deyirlər?

06.12.13 11:38 1385
Sinoptiklər hava haqqında nə deyirlər?
Bakıda və Abşeron yarımadasında dekabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər