• çərşənbə, 24 Aprel, 16:46
  • Baku Bakı 27°C

"Sınıq Körpü" gömrük postu gücləndirilmiş iş rejiminə keçib

17.11.16 14:36 811
"Sınıq Körpü" gömrük postu gücləndirilmiş iş rejiminə keçib
Gürcüstanla Rusiya arasındakı magistral yolda əlverişsizhavaşəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin və avtobusların hərəkəti qadağan edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics”ə verilən məlumata görə, Gürcüstan ərazisindən keçərək Rusiyaya gedən bu qəbildən avtomobillərin təyinat nöqtələrinə çatmaq üçün Azərbaycan ərazisindən keçəcəyi və müəyyən sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postu qabaqlayıcı tədbir kimi gücləndirilmiş iş rejiminə keçib.
Hələlik gömrük postunda heç bir sıxlıq müşahidə olunmur.
banner

Oxşar Xəbərlər