• cümə axşamı, 25 aprel, 04:37
  • Baku Bakı 19°C

Sinəsindən zərbə alan idmançı öldü

04.09.17 12:40 1280
Sinəsindən zərbə alan idmançı öldü
Argentinanın reqbi üzrə 3-cü divizionunda faciə baş verib.
Kaspi.az xəbər verir ki, "Berasateqi” klubunun 20 yaşlı reqbiçi Qonsalo Kastro sinəsinə dəyən zərbə nəticəsində ölüb. Hadisə "Mori” ilə oyunda baş verib. Kastro ona qarşı tətbiq olunan güc fəndi zamanı sinəsindən ağır zərbə alıb.
Zərbədən sonra idmançı əvəzlənməsini istəyib. Həkim ona ilk tibbi yardım göstərib. Bir neçə dəqiqədən sonra isə onda sudurğa baş verib. Təcili yardım maşını gec gəldiyi üçün Kastronu şəxsi avtomobillə xəstəxanaya çatdırmaq istəyiblər. Ancaq idmançı yolda dünyasını dəyişib.
banner

Oxşar Xəbərlər