• cümə, 29 Mart, 05:45
  • Baku Bakı 7°C

“Simurq“un baş məşqçisi klubla müqaviləsini yenilədi

16.08.13 13:42 1252
“Simurq“un baş məşqçisi klubla müqaviləsini yenilədi
"Simurq"un baş məşqçisi Georgi Çixradze klubla olan müqaviləsini yeniləyib.
Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2011/12-ci il mövsümünün 24-cü turunda rəsmən "Simurq"un sükanı arxasına keçən gürcü mütəxəssis daha iki il Zaqatala təmsilçisinə rəhbərlik edəcək.
Ötən mövsüm "Simurq"a tarixinin ikinci ən yaxşı nəticəsini qazandıran Georgi Çixradze komandanı Premyer Liqada 43, ölkə kubokunda isə 3 qarşılaşmaya çıxardıb. Onunla rəhbərliyi altında Zaqatala təmsilçisi çempionatda 16 qələbə, 9 məğlubiyyət, 18 heç-heçə edib. Ölkə kubokunda isə, 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət qeydə alınıb.
banner

Oxşar Xəbərlər