• çərşənbə, 24 Aprel, 12:51
  • Baku Bakı 27°C

“Simurq” israilli futbolçu ilə müqavilə bağladı

20.08.13 13:27 1719
“Simurq” israilli futbolçu ilə müqavilə bağladı
Zaqatalanın “Simurq” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baxışda olan israilli müdafiəçi İdan Veytsmanla 1illik rəsmi müqavilə bağlanılıb.
28 yaşlı arxa xətt oyunçusu 20 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq İdan Veytsman “Simurq”dan öncə ölkəsində futbol həyatını davam etdirib. Onun sonunçu klubu “Bney Saxnin” olub. Bundan öncə isə Veytsman "Hapoel” (Hayfa), "Hapoel Aşdod" və "Ramat Qan" kimi komandalarda forma geyinib.
banner

Oxşar Xəbərlər