• cümə, 29 Mart, 04:09
  • Baku Bakı 7°C

Şimşək çaxacaq, yağış yağacaq

19.09.13 09:21 439
Şimşək çaxacaq, yağış yağacaq
Azərbaycanın bəzi ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 9-14 m/s, gündüz cənub-şərq küləyinin sürəti isə 8-13 m/s olacaq.
Havanın temperaturunun gecə 17-21, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində havanın əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Şimal küləyinin sürəti 8-13 m/s olacaq. Havanın temperaturunun gecə 17-20, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yaxın iki gün ərzində hava əsasən yağmursuz olacaq. Lakin sentyabrın 20-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Mərkəzi Aran rayonlarında havanın temperaturunun gecə 17-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər