• cümə axşamı, 25 aprel, 16:43
  • Baku Bakı 23°C

Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz

20.06.15 14:12 1470
Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
İyunun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-25 dərəcə isti olacaq.
Sabah bölgələrdə hava şəraitinin əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 34-38, dağlıq və dağətəyi rayonlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər