• şənbə, 20 Aprel, 07:49
  • Baku Bakı 14°C

Şimşək çaxacaq, intensiv yağış yağacaq, güclü külək əsəcək

16.06.17 13:50 860
Şimşək çaxacaq, intensiv yağış yağacaq, güclü külək əsəcək
İyunun 17-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 15-18° isti, gündüz 21-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.
İyunun 16-sı axşamdan 17-si gündüzədək Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 17-18-də Bakı və Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz saatlarında əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 14-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər