• cümə axşamı, 28 mart, 17:05
  • Baku Bakı 16°C

Şimon Peres dəfn edilib - Fotolar

30.09.16 19:33 1036
Şimon Peres dəfn edilib - Fotolar
İsrailin sabiq prezidentiŞimon Peresdəfn edilib.

APA-nın məlumatına görə, Ş. Peres Yerusəlimdə Baş Milli Qəbiristanlıqda torpağa tapşırılıb.

Qüds şəhərində keçirilən vida mərasiminəminlərlə insan qatılıb. Mərasimdə 20 ölkəni dövlət və hökumət başçısı, 15 ölkəni xarici işlər naziri təmsil edib. Onlarla sabiq dövlət başçısı da dəfndə iştirak edib. Mərasimə qatılanlar arasında ABŞ prezidentiBarak Obama, Fransa prezidentiFransua Olland, Uels şahzadəsi Çarlz, Fələstin rəhbəri Mahmud Abbas, sabiq prezidentlərBill Klinton, Nikola Sarkozi və digərləri olub. Ümumilikdə, xaricdən dəfnə 3 min nəfər qatılıb.

Azərbaycandan baş nazirin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə nümayəndə heyəti mərasimdə iştirak etmək üçün İsrailə gedib.

Mərasimdə təhlükəsizlik qüvvələrinin 7 min əməkdaşı xidmət göstərib.






banner

Oxşar Xəbərlər