• cümə, 19 Aprel, 12:35
  • Baku Bakı 25°C

Şimon Peres Azərbaycan prezidentini təbrik edib

04.06.14 12:25 1303
Şimon Peres Azərbaycan prezidentini təbrik edib
APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:
“Hörmətli cənab prezident, Azərbaycanın milli bayramı - Respublika Günü mənə zati-alinizə İsrail xalqı adından və şəxsən öz adımdan səmimi və xoş arzularımı çatdırmaq, sizə cansağlığı, ölkənizə və xalqınıza isə davamlı inkişaf arzulamaq imkanı yaradır. Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
28 May-Respublika Günü münasibəti ilə Azərbaycanın dövlət başçısını həmçinin Vyetnam Sosialist Respublikasının prezidenti Truonq Tan Sanq təbrik edib.
banner

Oxşar Xəbərlər