• şənbə, 20 Aprel, 16:26
  • Baku Bakı 23°C

Simeone oğlunu 40 milyona ala bilmədi

29.07.18 11:25 477
Simeone oğlunu 40 milyona ala bilmədi
"Atletiko” "Fiorentina”nın hücumçusu Covanni Simeoneni transfer etmək niyyətindədir.
Kaspi.az xəbər verir ki, "hindular” hücumçuya görə "Fiorentina”ya rəsmi təklif göndəriblər. "Atletiko” onu almaq üçün 40 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Ancaq "Fiorentina” bu təklifdən imtina edib. Klub rəhbərliyi Simeoneni daha baha qiymətə satmağı planlaşdırır.
Covanninin klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub. O, ötən mövsüm 38 oyunda 14 qol vurub.
Qeyd edək ki, Covanni Simeone "Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.
banner

Oxşar Xəbərlər