Simeone ilə Torresin münasibəti gərgindir?
"Atletiko”nun futbolçusu Vitolo baş məşqçi Dieqo Simeone ilə Fernando
Torres arasındakı münasibətdən danışıb.
Kaspi.az xəbər verir ki, Simeone bu yaxınlarda mətbuata verdiyi
açıqlamada bildirmişdi ki, mövsümün sonunda Torresin komandada qalmasını təkid
etməyəcək. İspaniya mətbuatı bu açıqlamadan sonra onların arasında
münasibətlərin gərgin olduğunu yazmışdı. Vitolo məsələ ilə bağlı fikirlərini
bildirib:
"Komandamızda hər şey əvvəlki kimidir. Toreslə məşqçi məsələsi barədə
nəsə deyə bilmərəm. Onlar da özlərini həmişəki kimi aparırlar.
Onların arasında hansısa problemin olduğunu görməmişəm. Axı biz qadın
deyilik ki, qeybət edək. Hər kəsin məşqçiyə öz sualı ola bilər”.