• şənbə, 20 Aprel, 03:32
  • Baku Bakı 15°C

Şimali Makedoniyanın NATO-ya daxil olması təsdiq edilib

08.02.19 14:15 431
Şimali Makedoniyanın NATO-ya daxil olması təsdiq edilib
Şimali Makedoniya Respublikasının NATO-ya daxil olması ilə bağlı protokol Yunanıstan parlamenti tərəfindən ratifikasiya olunub.
AZƏRTACxəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunan sənədə milli müdafiə və xarici işlər komitəsi tərəfindən baxılıb. Protokol səs çoxluğu ilə qəbul olunub.
Bir müddət öncə Şimali Makedoniya Respublikasının NATO-ya daxil olması ilə bağlı protokol Brüsseldə 29 ölkə tərəfindən imzalanıb. Hər bir ölkə protokolu parlamentdə ratifikasiya edəndən sonra Şimali Makedoniya Respublikası NATO-nun tamhüquqlu üzvü statusunu qazanacaq.
banner

Oxşar Xəbərlər