• cümə axşamı, 18 aprel, 09:47
  • Baku Bakı 12°C

Şimali Koreyanın XİN rəhbəri Trampı ruhi xəstə adlandırıb

24.09.17 11:00 1151
Şimali Koreyanın XİN rəhbəri Trampı ruhi xəstə adlandırıb
Şimali Koreyanın XİN rəhbəri Li Yön XoBMT-nin tribunasından çıxış edərkən ABŞ prezidenti Donald Trampı "özündən razı ruhi xəstə” adlandırıb və bu cür adama "nüvə çamadanını” həvalə etmək təhlükəli olduğunu vurğulayıb. Bu barədəAPA"RİA Novosti”yə istinadən xəbər verir.
"Absurd reallıq ondan ibarətdir ki, Tramp kimi özündən razı ruhi xəstə, öz xalqı tərəfindən "uğursuz komandan” (Commander in Grief), "yalançı kral” (Lyin King) və "iblis prezident” adlandırılan insan ABŞ prezidentidir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, "nüvə çamadanı”nın bu cür insana həvalə edilməsi bu gün bütün dünya üçün əsas təhlükədir.
banner

Oxşar Xəbərlər