• şənbə, 20 Aprel, 20:16
  • Baku Bakı 24°C

Şimali Koreya XİN: Qaçılmaz müharibəyə hazırlaşmalıyıq

07.12.17 06:19 1163
Şimali Koreya XİN: Qaçılmaz müharibəyə hazırlaşmalıyıq
Son zamanlar ABŞ Silahlı Qüvvələri Koreya yarımadası ətrafında indiyədək görünməmiş irimiqyaslı hərbi təlimlər həyata keçirir, yüksək rütbəli siyasətçilər ardıcıl olaraq KXDR-ə qarşı sərt bəyanatlar səsləndirir.
APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Şimali Koreya xarici işlər nazirliyininbəyanatında bildirilir.
"Hədə və təhdidlərlə dolu bəyanatları xəbərdarlıq kimi qiymətləndirərək, müharibəyə hazırlaşmalıyıq. Müharibə arzulamasaq da, ondan gizlənən də deyilik. Hazırda ortada bir sual durur – müharibə nə vaxt başlayacaq”, bəyanatda deyilir.
banner

Oxşar Xəbərlər