AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şimali Koreya tərəfindən buraxılan raketin əlavə təhlilinə ehtiyac var

Şimali Koreya tərəfindən buraxılan raketin əlavə təhlilinə ehtiyac var

Təfsilat
29 Mart 2020, 11:45 542
Martın 29-da Şimali Koreya tərəfindən Yapon dənizi istiqamətində buraxılmış raket barədə məlumatların təhlilinə ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə naziri Taro Kono jurnalistlərə həmin hadisəni şərh edərkən bildirib. T.Kono söyləyib ki, hazırda hökumət Şimali Koreya tərəfindən buraxılmış obyekt barədə məlumatları təhlil edir və onun yaxın məsafəli ballistik raket olduğu güman edilir.
Nazir deyib ki, həmin obyekt Yaponiyaya məxsus iqtisadi zonadan kənarda dənizə düşüb. Cari ayda artıq dördüncü sınağı keçirən Pxenyan bununla beynəlxalq ictimaiyyəti təhdid edir.
Şimali Koreyada da yeni koronovirus infeksiyasının yayılması barədə xəbərlərin yer aldığını söyləyən T.Kono, bunun müəyyən nəticələrinin ola biləcəyini də bildirib.
Əlavə olaraq qeyd edək ki, Cənubi Koreyanın qərargah rəislərinin birləşmiş komitəsi martın 29-da səhər saatlarında Şimali Koreya ərazisindən Yapon dənizi istiqamətində reaktiv obyektin buraxıldığını təsdiq edib.
ABŞ hökumətinin yüksək vəzifəli rəsmisi isə, buraxılış barədə məlumatlı olduqlarını və vəziyyəti diqqətlə izləyərək, müttəfiqlərlə məsləhətləşmələr apardıqlarını qeyd edib.