• şənbə, 20 Aprel, 00:33
  • Baku Bakı 15°C

Şimali Koreya-ABŞ danışıqlarının mövzuları açıqlanıb

11.06.18 09:00 560
Şimali Koreya-ABŞ danışıqlarının mövzuları açıqlanıb
KXDR və ABŞ qarşıdan gələn sammitdə iki ölkə arasında yeni əlaqələrin qurulması, Koreya yarımadasında nüvəsizləşdirmə və sülh üçün şərait yaradılmasını müzakirə edəcəklər.
APA-nın məlumatına görə, bu barədə Şimali Koreyanın rəsmi Mərkəzi Teleqraf Agentliyi xəbər verib.
"KXDR və ABŞ arasında aparılan danışıqlar zamanı tərəflər hər iki ölkə üçün aktual olan məsələlər, o cümlədən Vaşinqton və Pxenyan arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə edəcəklər”, məlumatda deyilir.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında görüş iyunun 12-də Sinqapurda baş tutacaq.
banner

Oxşar Xəbərlər