• cümə, 29 Mart, 16:34
  • Baku Bakı 14°C

Şimali Kiprdə yeni hökumət formalaşdırılır

15.05.19 12:15 382
Şimali Kiprdə yeni hökumət formalaşdırılır
Şimali Kiprin Prezidenti Mustafa Akıncı yeni hökumət formalaşdırılmasını Milli Birlik Partiyasına (MBP) həvalə edib.
AZƏRTACTürkiyənin rəsmi mənbələrinə istinadla xəbər verir ki, Prezident Mustafa Akıncı parlamentdə təmsil olunan 6 partiya sədri ilə görüşəndən sonra bu qərara gəlib və yeni hökumətin tərkibini müəyyən etməyi MBP-nin sədri Ersin Tatara tapşırıb.
Xatırladaq ki, ötən il yanvarın 7-də Şimali Kiprdə parlament seçkiləri keçirilib. Fevralın 2-də isə seçkilərdə mandat qazanan 4 siyasi partiyanın iştirakı ilə koalision hökumət qurulub.
Cari il mayın 8-də Demokrat Partiyasının sədri Serdar Denktaşın tutduğu maliyyə naziri vəzifəsindən istefa verməsi səbəbindən koalision hökumətdə böhranı yaranıb.
banner

Oxşar Xəbərlər