• cümə axşamı, 25 aprel, 00:24
  • Baku Bakı 19°C

“Şimal-Cənub” layihəsi Rusiya taxılının İrana ixrac müddətini üç dəfə qısaldacaq

19.11.16 23:36 898
“Şimal-Cənub” layihəsi Rusiya taxılının İrana ixrac müddətini üç dəfə qısaldacaq
"Şimal-Cənub” layihəsinin həyata keçirilməsi Rusiya taxılının İrana və Xəzəryanı regionun digər ölkələrinə çatdırılması müddətini demək olar ki, üç dəfə (16 gündən 5-6 sutkaya qədər) qısaldacaq.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Soçidə keçirilən II Dünya Taxıl Forumunda "Rustranscom” ASC-nin korporativ kommunikasiyalar üzrə vitse-prezidenti Oleq Roqaçov bildirib.
O.Roqaçov deyib: "Şimal-Cənub” layihəsinin həyata keçirildiyi təqdirdə biz xeyli qənaət edə bilərik. Çünki dəmir yolu daha qısamüddətli xidməti təmin edəcək. 5-6 sutkaya Azərbaycandan tranzit vasitəsilə İran ərazisinə daxil olacağıq. Həm də xeyli qənaət edəcəyik”.
"Rustranscom” ASC-nin vitse-prezidentinin çıxışı zamanı slaydlarla verilən məlumatlara əsasən, hazırda Xəzər dənizi vasitəsilə İrana taxıl ixracı 16 gün, Azov-Qara dəniz hövzəsi vasitəsilə 30-36 gün vaxt aparır. Dəmir yolu ilə Azərbaycana çatdırılma əvvəllər orta hesabla səkkiz gün idisə, indi 3-4 gün çəkəcək.
banner

Oxşar Xəbərlər