“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları tarifləri azala bilər
"Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları tarifləri Astara (İran) – Astara (Azərbaycan) dəmiryolu sahəsinin tikintisinin tam başa çatmasından sonra azala bilər.
Bunu Trend-ə "İran Dəmir Yolları”nın beynəlxalq daşımalar şöbəsinin rəhbəri Hüseyn Aşuri deyib.
Onun sözlərinə görə, dəmir yolunun bu hissəsi dekabrın sonunda işə salınacaq.
O həmçinin əlavə edib ki, İran, Rusiya, Azərbaycan və Belarus Dəmir Yolları 2018-ci il üçün tariflərin artırılmamasını razılaşdırıb.