“Şimal cəhənnəmi”ndə faciə, velosipedçi öldü
"Paris-Rube”
veloyürüşü zamanı faciəvi hadisə baş verib.
Kaspi.az xəbər
verir ki, belçikalı velosipedçi Mixel Qolarts ölüb. O, yürüş zamanı daşlarla
döşənmiş küçəyə yıxılıb. Mixel başından ağır zədə alıb.
Zərbənin nəticəsində
onun ürəyi və tənəffüs sistemi də dayanıb. Velosipedçini vertolyotla xəstəxanaya
çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
İdman dünyasında
"Paris-Rube” olduqca çətin yarış hesab olunur. Bu yarışı Fransa və Belçikada
"Şimal cəhənnəmi” adlandırırlar.